Əhməd qəzəli "pop"a çevirdi, qınadılar


Şou-biznes 09 İyl 2018 12:12:00 277 0

Əhməd qəzəli "pop"a çevirdi, qınadılar

Müğənni Əhməd Mustafayev qalmaqallı hadisə ilə üz-üzə qalıb

.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçinin ötən həftə işıq üzü görən "Canan" klipinə iradlar yazılıb. Səbəb isə müğənninin məşhur qəzəli pop musiqi halına gətirməsi olub. İfaçı iradlara belə cavab verib:

"Yenilik həmişə top-tüfəngə tutulub. Bu da bir ilkdir. Allah rəhmət eləsin, Məşədi İbadın qəzəlinə müraciət etdim, düzdür, ağızlarına gələni yazanlar da oldu. Normal qarşılayıram, nəticə ortadadır, mahnı bu gün hit oldu. Hər yerdə "Canan" səslənir, "Youtub"da qısa zamanda yüksək baxış topladı, artıq yarım milyona çatıb. Deməli, mən və komandam bunu bacardı. O şərhlər isə tək-tük insanın fikridir".