Yevlax şəhərində "Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri" mövzusunda seminar keçirilib FOTO


Digərləri 09 İyl 2018 12:16:00 297 0

Yevlax şəhərində "Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri" mövzusunda seminar keçirilib  FOTO

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) iyulun 9-da  Mingəçevir şəhərində "Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri"  mövzusunda seminar keçirib. Son.az bildirir ki, tədbirə cəbhəboyu rayonlarda mövcud olan yerli KİV-lərin  nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin  bölgə  üzrə  təmsilçiləri, həmçinin yerli internet fəalları və QHT-lərin  nümayəndələri qatılıblar.

Seminar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Xəbər istehsalçıları üçün "Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri" mövzusunda konfrans və seminarların təşkili" layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, xəbər istehsalçılarının "kriminal hadisələr barədə xəbər hazırlamağın şərtlərinə" yanaşmaları  problemlidir: "Əksər xəbər istehsalçılarının kriminal mövzuda informasiya hazırlayarkən, ciddi qüsurlara yol verdikləri faktı ortaya çıxır.  Bu qüsurların bir tərəfi süni sensassiya yaratmaq, auditoriya qazanmaq naminə bilərəkdən yol verilmiş xətalardırsa, digər tərəfi də  hüquqi bilgisizliklə, yanlış terminlərin  istifadə edilməsilə bağlıdır". Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının qanununda, "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nda bu yöndə xəbər hazırlamağın prinsipləri çox aydın şəkildə göstərilsə də, xəbər istehsalı zamanı bu prinsiplərin  ciddi şəkildə pozulması müşahidə edilir. "Xüsusi olaraq, cinayətdə şübhəli bilinən şəxslərin təqsirsizlik prizumpsiyasının pozulması halı çox intensivdir. Həmçinin,  kriminal xəbərlər vasitəsilə vətəndaşlara zərərli mesajlar verilməsi də narahatlıq doğurur. Bəzi internet informasiya  resursları cinayətkarları sensasiya naminə hətta "milli qəhrəman" kimi təqdim edir, gənclərin onlardan  yanlış nümunə götürmələrinə yol açırlar". Xəbər istehsalçıları cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidirlər. Bu baxımdan, keçirdiyimiz seminar KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında kriminal hadisələr  haqqında informasiya yayımının şərtləri  barədə təsəvvür formalaşdırmaqdan ibarətdir".

Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə  "Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri" adlı vəsait də çap  edilib və seminar iştirakçılarına pulsuz paylanıb.


Xəbərə aid fotolar