Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilib


İqtisadiyyat 09 İyl 2018 11:48:39 358 0

Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilib

Tədbirdə 50-yə yaxın şirkət iştirak edir

Bu gün Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilib.

"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə iqtisadiyyat naziri Şahin Mustafayev açıb.

O, biznes forumda50-yə yaxın şirkətin iştirak etdiyini bildirib.

"İsveçrəAzərbaycandan qeyri-neft məhsullarınınixracısahəsində ilk sırada olan ölkələrdəndir. 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 240 mln. dollar təşkil edib ki, bu da 2016-cı ilə nisbətən46% çoxdur. Bu ilin ilk 5 ayında isə idxal-ixrac əməliyyatları illik müqayisədə 43% artıb. Azərbaycanda 71 İsveçrə şirkəti dövlət qeydiyyatına alınıb. Onlar ölkə iqtisadiyyatına 730 mln. ABŞ dolları məbləğində investisiya qoyub. Azərbaycan isə İsveçrəyə 1,2 mlrd. dollarinvestisiya qoyub", - nazir qeyd edib.