Ölkəyə daxili orqanında narkotik keçirmək istəyən şəxs saxlanılıb


Digərləri 09 İyl 2018 11:44:53 223 0

Ölkəyə daxili orqanında narkotik keçirmək istəyən şəxs saxlanılıb

Azərbaycana daxili orqanında narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb.

Bakı. Azərbaycana daxili orqanında narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb. Dövlət Gömrük Komitəsindən Trend-ə bildiriblər ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında idarənin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə onun düz bağırsağında narkotik vasitələr - 3 bükümdə ümumi xalis çəkisi 102,533 qram olan heroin, 1 bükümdə xalis çəkisi 10,008 qram olan tiryək və 1 bükümdə xalis çəkisi 10,262 qram olan həşiş qətranı aşkar edilib. Daha 1 bükümdə isə 3 ədəd metadon adlı və 7 ədəd klonazepam tərkibli həblər aşkar olunub.