Azərbaycanda "elektron imza" istifadəçilərinin sayı 2 dəfə artıb


Digərləri 09 İyl 2018 11:36:03 291 0

Azərbaycanda "elektron imza" istifadəçilərinin sayı 2 dəfə artıb

Cari ilin birinci yarısında 20 mindən çox “E-imza” sertifikatı istifadəyə verilib.

Bakı. Azərbaycanda "elektron imza" istifadəçilərinin sayı 2 dəfə artıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkədə “Elektron imza” (E-imza) sertifikatlarının sayının artması ilə yanaşı, onun istifadə miqyası da genişlənməkdədir. Belə ki, nazirliyin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2018-ci ilin ilk 6 ayı ərzində istifadəyə verilən “E-imza” sertifikatlarının sayı 20 454 olub. Bu sertifikatlardan 6780-i dövlət qurumlarının, 4542-si fiziki şəxslərin, 9132-si isə hüquqi şəxslərin payına düşür. Qeyd edək ki, ötən ilin müvafiq dövründə istifadəyə verilən sertifikatların sayı 10 582 (dövlət qurumları üzrə 3440, hüquqi şəxslər üzrə 4560, fiziki şəxslər üzrə 1580) olub. İstifadəyə verildiyi gündən cari ilin 1 iyul tarixinədək olan statistikaya əsasən, ümumilikdə 146 874 “E-imza” sertifikatı istifadəyə verilib. Onlardan 82 390-ı dövlət qurumları üzrə, 35 590-ı hüquqi şəxslər üzrə, 28 894-ü isə fiziki şəxslər üzrə olub.