Fransa - Belçika matçının hakimləri açıqlandı


İdman 09 İyl 2018 11:22:00 306 0

Fransa - Belçika matçının hakimləri açıqlandı

DÇ-2018-in yarımfinal mərhələsinin ilk təyinatları açıqlanıb.

Goal.az-ın məlumatına görə, Fransa – Belçika qarşılaşmasını amerikalı hakimlər idarə edəcək.

İyulun 10-da keçiriləcək görüşün baş hakimi Uruqvay təmsilçisi Andres Kunya olacaq. Ona həmyerliləri Nikolas Taran və Maurisio Espinoza kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi funksiyasını meksikalı Sezar Ramos yerinə yetirəcək.

Qeyd edək ki, sabah baş tutacaq Fransa – Belçika oyunu Sankt-Peterburqda keçiriləcək. Qarşılaşma saat 22:00-da başlayacaq.