Bakı Ali Neft Məktəbində möhtəşəm sintez (VİDEO)


Digərləri 09 İyl 2018 11:25:32 273 0

Bakı Ali Neft Məktəbində möhtəşəm sintez (VİDEO)

Bakı Ali Neft Məktəbində (BANM) keçirilən Məzun Günü maraqlı anlarla yadda qalıb.

Bakı. Bakı Ali Neft Məktəbində (BANM) keçirilən Məzun Günü maraqlı anlarla yadda qalıb. Ali məktəbdən Trend-ə verilən məlumata görə, onlardan biri də xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” instrumental” ansamblının şotland musiqisinin ifaçısı İnnes Moirlə birlikdə Azərbaycan milli və klassik musiqisi ilə şotland etnik musiqisini sintez etməsi olub. Gözəl ifa BANM-ın Məzun Günündə möhtəşəm ab-hava yaradaraq məzunların və qonaqların böyük marağına səbəb olub.