Göygöldə baş verən yol qəzasında xəsarət alanlardan biri öldü FOTO


Digərləri 09 İyl 2018 11:08:00 265 0

Göygöldə baş verən yol qəzasında xəsarət alanlardan biri öldü  FOTO

Göygöldə baş verən ağır yol qəzasında xəsarət alan 4 nəfərdən biri xəstəxanada ölüb.

Göygöldə 2 maşın toqquşub, 7 nəfər xəsarət alıb - YENİLƏNİB

Son.az APA-ya istinadən xəbər verir ki, ötən gün Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndindən keçən hissəsində hərəkətdə olan "VAZ 2107"  və "VAZ 21015" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanlar Daşkəsən rayon sakinləri, 1964-cü il təvəllüdlü Əliyeva Pakizə Kazım qızı, 1987-ci il təvəllüdlü Əliyeva Esmira Mahir qızı, Gəncə şəhər sakinləri Verdiyev Rövşən Elman oğlu və yaşlı qadın Verdiyeva Vəsilə Alı qızıdır.

Vəsilə Verdiyeva xəstəxanada ölüb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərə aid fotolar