"Noviçok" qurbanı xəstəxanada öldü VİDEO FOTO


Digərləri 09 İyl 2018 10:50:00 266 0

"Noviçok" qurbanı xəstəxanada öldü  VİDEO  FOTO

Britaniyanın Uiltşir qraflığındakı Eymsberi şəhərində "Noviçok" əsəb-iflic maddəsindən zəhərlənmiş 44 yaşlı Don Sterces vəfat edib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Darrinqton şəhərinin sakini, Solsberi şəhərindəki hospitalda keçinən D.Stercesin ölümü ilə bağlı Skotland-Yard cinayət işi qaldırıb, istintaq gedir.

Don Sterces və onun qeyri-rəsmi nikahda olduğu 45 yaşlı Çarlz Rouili iyunun 30-da kritik vəziyyətdə hospitala aparılmışdılar. Skotland-Yarddan verilən məlumata görə, onlar "Noviçok"dan zəhərlənibdər. Bu ilin martında Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliya məhz "Noviçok"dan zəhərlənmişdilər.

London polisinin antiterror idarəsinin Nil Bazunun dediyinə görə, Don Stercesin ölümünə baiskar olanlar tutulacaq və məsuliyyətə cəlb olunacaqlar.

Çarlz Rouli hazırda hospitalda kritik vəziyyətdədir.