Nikaraquada etiraz aksiyalarında daha 14 nəfər ölüb


Dünya 09 İyl 2018 10:59:00 230 0

Nikaraquada etiraz aksiyalarında daha 14 nəfər ölüb

Nikaraquada etiraz aksiyaları zamanı daha 14 nəfər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nikaraquanın İnsan Hüquqları Mərkəzinin rəhbəri Vilma Nunyes bildirib.

Onun sözlərinə görə, ölənlər arasında iğtişaşların aradan qaldırılması üzrə polis bölməsinin 1 əməkdaşı, hakimiyyət tərəfdarı olan 1 silahlı və iki polis olub.