Nazir müavini: "IX sinif buraxılış imtahanlarının nəticələri əvvəlki illərlə müqayisədə yaxşılaşıb"


Sosial 09 İyl 2018 10:51:36 325 0

Nazir müavini: "IX sinif buraxılış imtahanlarının nəticələri əvvəlki illərlə müqayisədə yaxşılaşıb"

"Buraxılış imtahanlarının nəticələrinin təhlil prosesinə başlanılıb"

"Hazırda buraxılış imtahanlarının nəticələrinin təhlil prosesinə başlanılıb".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, ümumilikdə əvvəlki dərs ili ilə müqayisədə ötən il daha yaxşı nəticələr əldə edilib: "Ötən dərs ilində IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri 4,75 % yaxşılaşıb".

M.Vəliyeva qeyd edib ki, növbəti tədris ilində əsas hədəf müəllimlərin gündəlik dərslərdə səriştəyə əsaslanan bilik və bacarıqların verilməsi istiqamətində tədbirlərin görülməsi olacaq.