Masazırda 2 mərtəbəli ev yandı


Digərləri 09 İyl 2018 10:09:00 209 0

Masazırda 2 mərtəbəli ev yandı

Abşeron rayonunda səhər saatlarında yanğın faktı qeydə alınıb.

Son.az-a FHN-dən verilən məlumata görə, rayonun Masazır kəndində ikimərtəbəli 6 otaqlı evə bitişik ümumi sahəsi 90 m² olan talvarın yanar konstruksiyaları, altına yığılmış mətbəx mebeli 5 m² sahədə və evin pəncərə çərçivəsi 2 m² sahədə yanıb. Məlumata görə, yüksək temperaturdan yaxınlıqdakı hamamın plastik qapısı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.