Sabahkı imtahanlarda 26 mindən çox abituriyent iştirak edəcək


Digərləri 09 İyl 2018 10:07:45 198 0

Sabahkı imtahanlarda 26 mindən çox abituriyent iştirak edəcək

Sabahkı imtahanlarda 26 mindən çox abituriyent iştirak edəcək.

Bakı. Dövlət İmtahan Mərkəzi iyulun 10-da növbəti imtahanlar keçirəcək. Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahanlar 9 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 50 imtahan mərkəzində təşkil olunacaq. İmtahanlarda ümumilikdə 26 014 nəfərin iştirak edəcəyi gözlənilir. Bu imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 18116 nəfər əvvəlki illərin məzunları; ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4437 nəfər əvvəlki illərin məzunları; eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş, həmçinin üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 847 nəfər IX sinif, 2614 nəfər isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.