Kürdəmirdə qəza:


Digərləri 09 İyl 2018 09:51:00 266 0

Kürdəmirdə qəza:

Kürdəmir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Bakı prospektində qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.