Tünzalənin sinə dekoltesi, Murat Boza görə vur çatlasın, Rəqsanənin qızı, soyunan Mələk


Şou-biznes 09 İyl 2018 09:15:00 384 0

Tünzalənin sinə dekoltesi, Murat Boza görə vur çatlasın, Rəqsanənin qızı, soyunan Mələk

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (179-cu say) təqdim edir.

İki həftədir mən yalan olmuşam, hamınız Qulpqoyan dayını soruşursunuz. Heç yerə getməyib, Bakıdadır. Bir azdan biləcəksiniz nə işlərlə məşğuldur.

Əməkdar artist Tünzalə Ağayeva son vaxtlar daha çox dekolteli libaslarda fotolarını paylaşır. Fotolara da ən azı 10-12 min bəyənmə gəlir. Tünzaləni başa düşdük, sənətçidir, hər hansı formada gündəmdə qalmağa ehtiyac duyur. Bax, həmin 10-12 min nəfəri anlamıram. Türkün məsəli, bir gördüyünüz şeyi ikinci dəfə bəyənmək nə deməkdir?

Dekabrın 21-də Bakıda bir vur çatlasın olacaq ki, gəl görəsən. Özünü "lezvalayan" kim, ürəyi gedən kim, qışın günündə ətcəbala konsertə gələn kim. Nəysə, çox uzatmayım, deyim ki, Murat Boz dekabrın 21-də Bakıya gələcək. Əgər bu bəyin pərəstişkarı olan kimisə tanıyırsınızsa, deyin dekabrın 21-nə nə işləri varsa, təxirə salsınlar. Zarafat bir yana, yəqin ki, yenə də Türkiyə mediası bəzi qızlarımızın etdiyi biabırçılıqları işıqlandıracaq. Bu yerdə Qulpqoyan dayı deyir ki...(əlimi ağzına tuturam)