Masazırda 2 mərtəbəli 6 otaqlı ev yanıb


Digərləri 09 İyl 2018 09:13:29 226 0

Masazırda 2 mərtəbəli 6 otaqlı ev yanıb

Abşeron rayonunda səhər saatlarında yanğın faktı qeydə alınıb.

Bakı. Abşeron rayonunda səhər saatlarında yanğın faktı qeydə alınıb. Trend-ə FHN-dən verilən məlumata görə, rayonun Masazır kəndində ikimərtəbəli 6 otaqlı evə bitişik ümumi sahəsi 90 m² olan talvarın yanar konstruksiyaları, altına yığılmış mətbəx mebeli 5 m² sahədə və evin pəncərə çərçivəsi 2 m² sahədə yanıb. Məlumata görə, yüksək temperaturdan yaxınlıqdakı hamamın plastik qapısı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.