"Kris" iyulun 12si Kanada sahillərinə çata bilər


Dünya 09 İyl 2018 08:42:00 257 0

"Kris" iyulun 12si Kanada sahillərinə çata bilər

ABŞ-ın Şimali Karolina ştatından təxminən 245 kilometr aralıda formalaşan "Kris" tropik fırtınası iyulun 12-si Kanada sahillərinə çata bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Kanadanın Milli Meteorologiya Bürosunda bildiriblər.

Büronun məlumatında deyilir: "Bu gün ABŞ-ın Şimali Karolina ştatı sahillərində "Kris" tropik fırtınası formalaşıb. İyulun 10-u axşam və ya iyulun 11-i səhər fırtına qasırğa gücü toplaya bilər və iyulun 12-si Kanadanın Yeni Şotlandiya əyaləti sahillərinə çata bilər".