24 yaşlı gənc həyat yoldaşından ayrıldı, depressiyaya düşdü, intihar etdi


Digərləri 09 İyl 2018 08:36:00 234 0

24 yaşlı gənc həyat yoldaşından ayrıldı, depressiyaya düşdü, intihar etdi

Qusar rayonu ərazisində intihar faktı qeydə alınıb. 

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun İmamqulukənd-oba kəndində baş verib. 

Kənd sakini, 1994-cü il təvəllüdlü Əlsultanov Bilərik Cərulla oğlu özünü yaşadığı evin həyətyanı sahəsində ağacdan asaraq intihar edib. Onun bir müddət əvvəl həyat yoldaşından ayrıldığı üçün depressiyada olduğu bildirilir. 

Faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb  araşdırmalar  davam etdirilir.