Uşaq bağçası yanıb


Digərləri 09 İyl 2018 08:19:00 220 0

Uşaq bağçası yanıb

Gəncədə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 100 m² olan uşaq bağçasının (hazırda fəaliyyət göstərmir) yerləşdiyi birmərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.