Günəşin zərərli şüalarından necə qorunmalı?


Digərləri 09 İyl 2018 07:14:00 237 0

Günəşin zərərli şüalarından necə qorunmalı?

Vətəndaşlar son günlərdə respublika ərazisində havanın temperaturunun həddən artıq yüksək olmasından əziyyət çəkirlər.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, günəşin zərərli UVA və UVB şüaları dəridə daimi problemlərin yaranmasına səbəb olur. Həkimlər bu cür anomal istilərin dəridə yanıq və ləkələrə səbəb olmaqla yanaşı, "dəri xərçəngi"nə də gətirib çıxardığını bildirirlər.

Buna görə də, xüsusilə bu gün və bir neçə gün ərzində bəzi məsləhətlərə əməl etmək lazımdır:

1. Günəş şüalarının 90 dərəcə bucaq altında düşdüyü saatlarda qapalı məkanlarda olmağa diqqət edin.

2. Dəri tipinizə uyğun günəş kremləri çəkin.

3. Krem və ya kosmetik vasitə çəkdikdən sonra ən azı 20 dəqiqə gözləyib, sonra açıq havaya çıxın.