Karateçilərimiz Xorvatiyada 3 medal qazanıb (FOTO)
Digərləri 09 İyl 2018 03:49:16 248 0
Azərbaycan karateçiləri Xorvatiyanın Umaq şəhərində Karate-1 Gənclər liqasının ikinci mərhələsində 3 medala sahib olub
Bakı.
Azərbaycan karateçiləri Xorvatiyanın Umaq şəhərində Karate-1 Gənclər liqasının ikinci mərhələsində 3 medala sahib olub.
Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, 14 yaşadək idmançılar arasında Fərid Savadov (-40 kq) bürünc medal, 14-15 yaşlı yeniyetmələrdə Fərid Ağayev (-70 kq) gümüş mükafat, Fidan Dadaşova isə (-47 kq) bürünc medal qazanıb. Mədinə Sadıqova (-53 kq) və Bəxtiyar Rzayev (-68 kq) təsəlliverici görüşlərə qatılsalar da nəticə uğursuz alınıb. B.Rzayev ciddi zədə aldığından mübarizəni davam etdirə bilməyib.
74 ölkədən 1874 idmançının iştirakı ilə Dünya Karate Federasiyasının (WKF) bu mötəbər liqa yarışından bir gün əvvəl isə 12-21 yaşlılar arasında WKF Kuboku uğrunda turnirdə milli komandanın üzvləri iki qızıl və bir bürünc medala yiyələnib.
Mənbə: az.trend.az