Günün qoroskopu: risk və avantüralar üçün yaxşı gündür


Digərləri 09 İyl 2018 00:01:00 304 0

Günün qoroskopu: risk və avantüralar üçün yaxşı gündür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Bir çox problemlərin həllinə başlaya bilərsiniz. Daxili energetikanız sizə ən çətin müşkülləri çözməyə imkan verəcək. Təcrübəli, bilikli insanların məsləhətlərini qulaqardına vurmayın. Maraqlı həmsöhbətlə qarşılaşacaqsınız. Günün ikinci yarısında mövcud çətinliklərin aradan qaldırılması üçün alternativ yollar arayın. Axşam saatları romantik ünsiyyət üçün əlverişlidir. Fəqət, hisslərin köləsinə çevrilməyin.

Buğa - Rəsmiyyətə qapılmayın. Stereotipləri yaşam tərzinə çevirməyin. Həyatınızı yaşayın. Yeni imkanlara doğru qorxu, xof və təlaş olmadan addımlayın. İmicin yenilənməsi şəxsiyyətinizin daha uğurlu izharına imkan verəcək.  Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların rəğbətini qazanmaq üçün konkret addımlar atın. Yararlanmadığınız imkanlarınızdan, "yatmış" potensialınızdan istifadə edin. Əzmkar olun. Fəaliyyət sahəsini dəyişə bilərsiniz. Macəra arayın. Bir sözlə - tənbəllik etməyin.

Əkizlər - İşlərə yaradıcı yanaşma irəliləyişin başlıca şərtidir. Fəaliyyət prosesindəki müxtəlif eksperimentlər təbii təkan rolunu oynayacaq. Qəfil sonuclar və gözlənilməz nəticələr sizi çaşdırmasın, ruhdan salmasın. Bədbinləşməyin, süstləşməyin. Günün ikinci yarısında mövqelərinizi bir daha yoxlayın. Planlarınızı təftiş edin. Şəxsi münasibətlərdə harmoniya yaradın. Sevdiyiniz insanla təmaslarda qarşılıqlı anlaşma, sayğı və məhəbbət ən önəmli nüanslardır.

Xərçəng - Hadisələrin intensiv, perspektivlərin yaxşı olduğu zamandır. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün nəzərdə tutduğunuzdan daha artıq qüvvə və resurs sərf etməyə hazırlaşın.  Tərəqqi, inkişaf istəyirsinizsə, diqqətli davranın. Detallara fikir verin. Günün ikinci yarısında təfərrüatların önəmi artacaq. Optimallaşdırma və modernləşdirmə ilə məşğul olmaq olar. Maliyyə baxımından vəziyyət pis deyil. Axşam saatlarında yaxın ətrafınızdakı insanlarla fikir ayrılıqlarını təmkinlə aradan qaldırın.

Şir - Ümumən pozitiv zamandır. İşdə və münasibətlərdə ən yaxşı keyfiyyətlərinizi, üstün məziyyətlərinizi nümayiş etdirin. Yaradıcılıqla məşğulsunuzsa, ilin ən əlverişli günlərindən biridir. Xarici görkəminizə fikir verin. Günün ikinci yarısında alış-verişdə trivial olmayan nəsnə, məhsul ala bilərsiniz. Parlaq, statuslu imic qazanın. Yaxınlarınıza problemlər, başağrısı bəxş etməyin. Onların qayğısına qalın. Axşam saatlarında stressdən qurtulmaq üçün sınanmış vasitələrdən istifadə edin.

Qız - Maliyyə, karyera və işlə bağlı məsələlərdə gərginlik yaranacaq. Bələd olduğunuzu düşündüyünüz situasiyanın yeni təfərrüatları üzə çıxacaq.  Risklərdən çəkinməyərək hüququnuzu müdafiə edin. Yaramaz, yaltaq, qorxaq insanın hiylə və məkrini işə salaraq  sizi üstələməsinə qətiyyən yol verməyin. Günün ikinci yarısında ilk baxışdan müşkül təsir bağışlayan problemin həllinə yaradıcı yanaşın. Vərdiş etdiyiniz metodları hələlik unudun, yeni yollar arayın. Axşam saatlarını sevdiyiniz insana həsr edin.