Ölkənin Liberallaşmasının 5 İqtisadi Təsiri


Digərləri 08 İyl 2018 23:55:00 301 0

Ölkənin Liberallaşmasının 5 İqtisadi Təsiri

Bir millət liberallaşdığında, iqtisadi təsirlər ölkə və investorlar üçün dərinləşə bilər. İqtisadi liberallaşma ticarətin, tənzimləmənin, vergitutmanın və ümumiyyətlə, ölkənin ticarətinə təsir göstərən digər sahələrdə dünyanın qalan hissəsinə "açılmış" bir ölkəni ifədə edir. Əsas qayda olaraq, siz bir ölkənin nə dərəcədə iqtisadi olaraq liberallaşdığını, sözügedən ölkədə investisiya etmək və biznes qurmağın nə dərəcədə asan olmasından yola çıxaraq müəyyənləşdirə bilərsiniz.

Bütün inkişaf etmiş ölkələr (birinci dünya) bu liberallaşma yolunu çoxdan gedib, beləlikə bu yazıdakı əsas diqqət inkişaf etməkdə olan ölkələr olacaq.

Beynəlxalq Ticarət Maneələrinin Qaldırılması Son.az moneta.az-a istinadən bildirir ki, inkişaf etməkdə olan ölkələrə investisiya etmək, investisiya etdiyiniz ölkənin giriş üçün müəyyən əngəlləri olduğu təqdirdə, bəzən çətin bir məsələ ola bilər. Bu əngəllər vergi qanunları, xarici investisiya məhdudiyyətləri, leqal məsələlər və muhasibat tənzimləmələri və ölkə ilə əlaqə qurmağı çətin və ya imkansız qılan hər şeyi ehtiva edə bilər. İqtisadi liberallaşma prosesi, bu vurğuladığımız əngəlləri rahatlatmaqla və iqtisadiyyat idarəsi üzərindən özəl sektora tətbiq edilən bəzi nəzarətlərdən uzaqlaşmaqla başlayır. Sözügedən proses bəzi tənzimləmələri aradan qaldımağı və şirkətlərin özəlləşdirilməsini əhatə etməkdədir.

Sərbəst Kapital Axışı İqtisadi liberallaşmanın ilkin hədəfləri millətlər arasında azad sərmayə axışı, resursların səmərəli payşlaşdırılması və rəqabətcil üstünlüklərdən ibarətdir. Bu, adətən tariflər,ticarət qanunları və digər ticarət maneələri kimi qoruyucu siyasətlərin azaldılması yolu ilə aparılır. Ölkəyə axan artmış kapitalin əsas təsirlərindən biri, şirkətlər üçün investorlardan kapitalın əldə olunmasını daha ucuz hala gətirməsidir. Daha az kapital maliyyəti, şirkətlərin daha çox inkişaf etmələrinə imkan yaradaraq, liberizasiya əvvəli daha yüksək bir  kapital xərci ilə əldə edə bilmədikləri karlı layihələrə təşəbbüs etmələrini təmin edir.

Çin hökümətinin önəmli bir iqtisadi islahat həyata keçirdiyi 1970-ci illərin sonlarında Çindəki bu bəhs etdiyimiz inkişaf ssenarisin meydana gəldiyini gördük. Kütləvi miqdarda resurslarla (həm insan, həm də təbii) ölkənin inkişaf etmədiyi və tam potensialına çatmadığına inanırdılar. Beləliklə, daha sürətli iqtisadi böyüməni təşviq etmək üçün Çin, biznes və mülkiyyət sahibkarlığını şövqləndirməyi, beynəlxalq ticarət və xarici investisiyaların məhdudlaşdırılmasını yüngülləşdirməyi və iqtisadiyyatın bir çox aspektləri üzərində dövlət nəzarətini azaltmağı əhatə edən əsas islahatlar həyata keçirdi. Bundan sonrakı bir neçə onillik ərzində Çin, 10% -dən çox ÜDM artım göstəricisi ortalaması əldə etdi.

Birja Performansı Ümumiyyətlə, bir ölkə liberallaşdıqda birja dəyərləri də həmçinin yüksəlir. Fond idarəçiləri və investorlar həmişə mənfəət üçün yeni imkanlar axtarırlar və paralel situasiyada investisiyaya açıq olan bütöv bir ölkə, kapital axınına səbəb olmağa meylli olur. Sözügedən situasiya təbiətdəki ictimaiyyətə ilkin təklifin (IPO) təxmin edilməsinə və pul axınına oxşardır. İnvestorlar baxımından daha əvvəl əlçatması mümkün olmayan, hərçənd bir anda əlçatan bir müəssisəyə çevrilən özəl bir şirkət, adətən oxşar bir dəyərləndirmə ve nağd pul axışı modeli doğurur.