Salamın əhəmiyyəti və hər kəsə örnək olacaq Quran ayəsi


Digərləri 08 İyl 2018 23:15:00 431 0

Salamın əhəmiyyəti və hər kəsə örnək olacaq Quran ayəsi

Quran Allah təalanın hikmət dolu bir kitabıdır. Mütəal Allah Quranı Hz. Cəbrail vasitəsi ilə Öz peyğəmbərinə (s) nazil etmişdir. Bu kitab hər cür xəta və müdaxilədən uzaqdır:

Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir.

Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.

Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!  (Qiyamət 17-19)

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Quran insanları Allah barəsində düzgün etiqada, qeyb aləminə inama, insanlarla ədalətlə davranmağa və bu kimi müxtəlif mətləblərə inama və diqqətə çağırır. Əxlaq və ədəb də Quranın önəm verdiyi əsas məsələlərdəndir. Ədəb hətta etiqad qədər önəmlidir. Quranın öyrətdiyi ədəb və əxlaq nümunələrindən biri də evə daxil olmaq ədəbidir. Fərq etməz bu ev öz evin olsun, yaxud başqasının evi.

Quran buyurur:

Ey iman gətirənlər! Başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu, (ədəb-ərkan baxımından) sizin üçün daha yaxşıdır. Bəlkə, (Allahın bu əmrinin hikmətini) düşünüb anlayasınız. (Nur- 27)

Nur təfsirində qeyd olunan ayənin işarə etdiyi və çatdırmaq istədiyi mətləblərə toxunaraq buyrulur:

Ayədə bir neçə mətləbin əhəmiyyətinə işarə edilir ki, gərək diqqət olunsun:

1- İmana. İmanlı olmağa. Ey əhli iman öz ömrünüzdə, həyatınızda vəhy göstərişlərinə əməl edin.