“Facebook” reklam və səhifələrə daha çox şəffaflıq gətirdi


Digərləri 08 İyl 2018 22:55:00 433 0

“Facebook” reklam və səhifələrə daha çox şəffaflıq gətirdi

"Facebook"a son yenilənmə ilə "Facebook" səhifəsi, "Instagram", "Messenger" və "Facebook"un iş ortaqları şəbəkələrində yayımladığı bütün aktiv reklamları görə biləcəksiniz.

Son.az facemark.az-a istinadən bildirir ki, bunun üçün "Facebook"a daxil olub hər-hansı səhifəyə ziyarət etməyiniz və "Bilgi və Reklamlar" bölməsinə klik etməyiniz kifayət olacaq.

Burada o səhifənin yayımda olan bütün reklamlarının kopyasını görə biləcəksiniz və "Reklamı şikayət et" seçimi ilə şübhəli gördüyünüz reklamları "Facebook"a bildirəcəksiniz. Bundan başqa, reklamı verən, ya da verməyən bütün səhifələr ilə bağlı, səhifədə yaxın zamanda edilən ad dəyişiklikləri və səhifənin yaradıldığı tarix kimi daha çox məlumatı asanlıqla əldə edəcəksiniz. Daha çox məlumat gələn həftələrdə əlavə olunacaq.