Ağstafada avtomobil aşıb, sürücü xəsarət alıb


Digərləri 08 İyl 2018 22:46:00 228 0

Ağstafada avtomobil aşıb, sürücü xəsarət alıb

Ağstafa rayonunda yol qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Eynallı kəndinə gedən yolda qeydə alınıb.

Qırlı kənd sakini, 1983-cü il təvəllüdlü Bayramov Xəyalın idarə etdiyi VAZ 21099 markalı avtomobil yolun kənarına aşıb. Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.