Özünə güvən hissini necə


Digərləri 08 İyl 2018 22:25:00 278 0

Özünə güvən hissini necə

Bəziləri özündən çox razı, bəziləri isə narazı olur və özlərini bədbəxt hiss edirlər. Mütəxəssislər bildirirlər ki, istər şəxsi həyatda, istərsə də karyerada uğur qazanmaq üçün özünə əmin olmaq vacibdir.

Son.az gencaile.az-a istinadən bildirir ki, psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, özünə inam hissini gücləndirmək üçün, ilk növbədə, özünüzü başqaları ilə müqayisə etməyin: "Bunu etmək çətin olsa da, vacibdir. Özünüzü başqaları ilə müqayisə etmədiyiniz üçün özünüzə daha çox inanacaqsınız. Çox vaxt özünü başqaları ilə müqayisə etmək vərdişi uşaqlıqdan yaranır. Belə ki, bəzi valideynlər uşağın bacardığından daha çox şey tələb edərək daim onu başqaları ilə müqayisə edir. Uşaq da valideynin müqayisə etdiyi adamlara bənzəməyə və ya onlardan daha üstün olmağa çalışır. Çox vaxt valideynin bu sözləri uşağın həssas psixikasına təsirsiz ötüşmür. Uşaq psixoloji travma alır, özünün çox pis olduğunu düşünür. Bəzən ona elə gəlir ki, valideynlərinin müqayisə obyektinə heç vaxt çata bilməyəcək. Uşaqda əminsizlik hissi yaranır. Əminsizlik hissi isə yalnız müqayisə obyektini üstələyəndə keçib gedir. Üstələyə bilmədikdə isə bu apatiya və ruh düşgünlüyü yaradır", - deyə psixoloq əlavə edib ki, müqayisə etmək vərdişi insanda rəqabət hissini yüksəltdiyi üçün xeyirlidir: "Amma psixoloji baxımdan insana narahatlıq gətirir. Özünə əminsizlik şəxsi həyatda da ciddi problemlərin yaranmasına səbəb olur".

Maraqlısı budur ki, özünə güvən hissi çox aşağı olan insan müqayisə obyektini üstələyəndən sonra ona qarşı marağı itir. Şüuraltı olaraq başqa müqayisə obyekti axtarmağa başlayır.