Qurani Kərimdən qısa və gözəl bir dua nümunəsi


Digərləri 08 İyl 2018 21:45:00 309 0

Qurani Kərimdən qısa və gözəl bir dua nümunəsi

Qurani Kərim Rəbbimizin bizə bir lütfü, hədiyyəsi, rəhmətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur. Çünki İlahi Kitab insan həyatının bütün sahələrini əhatə edir. Ola bilsin indi bunun hamısını görə bilmirik. Amma zaman təcrübəsi bunun həqiqət olduğunu təsdiq edir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bu ilahi maarifdən biri də Quranın insana rəbbi ilə dua ədəbinin, dua mərifətinin öyrətməsidir. Bəli duanın əsas şərtindən biri də dua mərifətinə sahib olmaqdır. Çünki insan özünə və rəbbinə mərifət və agahlıq tapmadıqca qəlb və dil duaya gəlməz.

Quranın bizə öyrətdiyi gözəl dualardan biri də Bəqərə surəsinin 127- ci ayəsidir. Ayədə dua Hz.İbrahım və İsmailin (ə) dilindən zikr olunur. Ata və oğul (ə) Kəbə evini bərpa etdikdən sonra Allaha dua edib əməllərinin gözəl şəkildə qəbul olmasını istədilər. Qurani Kərim bunu bu cür bəyan edir:

"Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: "Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən! - deyə dua etdilər."

Ayənin dua olan hissəsi: