İsa Peyğəmbərin (ə) neçə möcüzəsi olub?


Digərləri 08 İyl 2018 21:20:00 283 0

İsa Peyğəmbərin (ə) neçə möcüzəsi olub?

Hər bir Peyğəmbərin zamanına və dövranına məxsus mğcüzələri olduği kimi İsa Peyğəmbərin də möcüzələri olub. Quranda həzrət Musa kimi bəzi Peyğəmbərin möcüzələrinin sayı qeyd edilib. Quran ayələrinə görə həzrət Musanın 9 möcüzəsi olub.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bəs İsa Peyğəmbərin neçə möcüzəsi olub?

Ali-İmran surəsinin 49-cu ayəsində İsa Məsihin bəzi möcüzləri belə qeyd edilir:

"Və onu İsrail övladına (yəhudilərə) peyğəmbər göndərəcək. (İsa onlara deyəcək: ) "Mən, həqiqətən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuna) bir dəlil vardır."

Ayələrə və hədislərə əsasən İsa Məsihin möcüzlərin bunlardır:

1-    Palçıqdan quş düzəltmək və ona can vermək

2-    Anadangəlmə korun gözünü açmaq

3-    Xəstəlikləri sağaltmaq, xüsusilə də vitiliqo xəstəliyi

4-    Ölüləri diriltmək