Bakıətrafı qəsəbələrdə maşınla satılan


Digərləri 08 İyl 2018 21:24:00 311 0

Bakıətrafı qəsəbələrdə maşınla satılan

İsti hava şəraiti suya olan ehtiyacıartırıb. Bakı ətrafı qəsəbələrin sakinləri də tələbatlarının böyük hissəsini maşınla gətirilib satılan sulardan almaqla ödəyirlər. Tələbatın artması isə qiymətlərə təsir etməyib.

Satan çox, qiymətlər isə keçən ilki kimi eynidir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, isti hava şəraiti Bakıətrafı qəsəbələrdəmaşınla satılan suya tələbatı artırıb. Suyu gətirən sürücülər bildirirlər ki, onlar adətən yay fəslində su daşıyırlar. Soyuq fəsillərdə isə təsadüfi halda maşınla su istəyən insana rast gəlinir. Onlar da tikinti işləri görənlər olur. Hazırda isə suyun 10 tonu 20-25 manata satılır.

Sürücülər bildirirlər ki, tələbat çox olsa da, qiymətlər dəyişməyib. Qiymətlər ötən ilki ilə eynidir.


Xəbərə aid video