Taxılın biçilmə vaxtı keçir, ancaq


Digərləri 08 İyl 2018 21:27:00 337 0

Taxılın biçilmə vaxtı keçir, ancaq

Zərdab rayonunda taxıl sahələrindəbiçin işləri gecikir. Səbəb isə kombayn çatışmazlığıdır. Ağcabədidə də kombaynlarıntəmirə dayanması kəndlilərin işiniçətinləşdirib.

Taxıl yetişdi biçilmə vaxtı keçir, ancaq hələdə sahələrdədir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bura Zərdab rayonunun Alıbəyli kəndidir. Kombayn çatışmazlığından sakinlər sahələrdə becərdikləri hektarlarla taxılı biçdirə bilmir. Onlar bildirir ki,bu məhsuldarlıga da təsir edir.

Aqrolizinq ASC-nın tabeliyində olan Aqroservisin Zərdab şöbəsindən xəzər xəbərə bildirdir ki, servisə məxsus 16 kombayn var ki hər biri sahələrdə biçin işləri aparır. Alıbəyli kəndinə ayrılan kombayn isə 1 günlük təmirə dayanıb.

Qeyd edək ki, rayon ərazisində 18 min 920 hektar taxıl əkilib ki, bu günə qədər 15000 hektara yaxını biçilib.


Xəbərə aid video