Şəmkirdə meşənin yaxınlığında güclü yanğın oldu VİDEO


Digərləri 08 İyl 2018 21:28:00 330 0

Şəmkirdə meşənin yaxınlığında güclü yanğın oldu  VİDEO

Şəmkirdə meşə massivinə yaxın ərazidə güclü yanğın baş verib.

Yanğın rayonun Şiştəpə kəndindən başlayaraq Şəmkir -Gədəbəy avtomobil yolunun Yasamal aşırımına kimi ərazini əhatə edib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, FHN-in Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, ərazidə quru ot və kol-kos yanır.

Alovun yaxınlıqdakı meşə massivinə keçməməsi üçün Tovuz, Gədəbəy və Şəmkirdən də yanğınsöndürmə briqadaları cəlb olunub.


Xəbərə aid video