Hz. Əli (ə) iman nədir deyə soruşana belə cavab verdi


Digərləri 08 İyl 2018 21:15:00 629 0

Hz. Əli (ə) iman nədir deyə soruşana belə cavab verdi

Həzrət Əli (ə) bəzən elə bir qısa kəlmə deyir ki, cildlərlə şərh yazılacaq mövzuları əhatə edir. Yaxud insan ömrünü elə bir qısa cümləyə yığır ki, bütün insanlığı özündə ehtiva edir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Həzrət Əli (ə) tarixin misli görünməmiş bir şəxsiyyətidir. Hər kəs axtardığı bütün müsbət xüsusiyyətləri o Həzrətdə (ə) müşahidə edə bilir. Yəni hər kəs ona (ə) öz baxış prizmasından baxdıqda, görmək istədiyini görə bilir. Çünki o Həzrət (ə) kamil insan idi. Kamil obraz da insanlığı bütün kriteriyalarda (sahələrdə) təmsil edir. Yəni o Həzrət bir aynadır ki, hər həs axtardığını onda tapa bilir.

Alim, arif, aşiq, filosof, rəhbər, sərkərdə, qazı, insanlığa aid hansı keyfiyyəti axtarsan, onu ən üstün şəkildə Əlidə (ə) taparsan. Çünki o Həzrət (ə) elmini Allahdan almış kamil bir insan nümunəsidir.