İmam Əli (ə) insanların ibadətini bu 3 mühüm qismə belə ayırdı


Digərləri 08 İyl 2018 20:45:00 417 0

İmam Əli (ə) insanların ibadətini bu 3 mühüm qismə belə ayırdı

İbadət kəlməsi bir dini termin olaraq lüğəti mənası qulluq, bəndəçilik, itaət mənasındadır. İstilah və işlənmə yeri isə dini mətnlərdir və yalnız Mütəal Allaha ibadət olunur.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bütün səmavi dinlərin nazil olma hədəfi və tələbi məhz ibadətdir: Yəni insanları yeganə Allaha ibadətə dəvətdir, nəinki Allahı qəbul etmələridir. Çünki insan yaranandan onun qəlbində Allahı təsdiq hissi vardır. Hətta inkar əhli belə bəzən özləri də fərqinə varmadan bunu etiraf edirlər. Heç kim tam inkarçı deyildir. Sadəcə ağılı və nəfsi qarışmış, nə dediklərini bilməyənlərdir. Quran buyurur:

وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَهُمْ لَيَقُولُنَّ اللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ

Əgər onlardan (müşrik, Allahdan dönənlər) özlərini kimin yaratdığını soruşsan, mütləq: Allah! - deyə cavab verəcəklər! Elə isə (haqdan) necə döndərilirlər? (Zuxruf-87)

Ayədən görünən budur ki, insanın ali hədəfi nəinki Allahı tanımqdır, bundan daha üstünü idrakında dərk edib, qəlbində Ona bağlanıb, əməllərində tabe olmaqdır!

Bütün bunlar insanın Allaha bəndəçiliyi (qulluğunu) tamamlayır.

Lakin bütün bunlarla yanaşı yenədə insan nöqsanlara yol verir. Nöqsanları tam aradan qalxmır və kamilliyə möhtacdır. Həzrət Əli (ə) ibadət əhlini 3 qismə ayırır. Doğrudur, İmam (ə) bu qismlərin hər birinin bəyənən olduğunu qeyd edir. Lakin dərəcə etibarı ilə bir-birindən üstünlüyü vardır.