İŞİDin əsas bazası məhv edildi


Dünya 08 İyl 2018 20:26:00 301 0

İŞİDin əsas bazası məhv edildi

Xarici qoşunların dəstəyi ilə Əfqanıstanın təhlükəsizlik gücləri İŞİD terror qruplaşmasının ölkə ərazisindəki əsas dayaq məntəqəsini məhv ediblər.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu haqda "Tolo News" telekanalı bildirib.

İŞİD-in dayaq məntəqəsi Nanqarhar əyalətinin Haska Mina bölgəsinin Qorqori kəndində yerləşirdi. Əfqan hərbçilərinin məlumatına görə, əməliyyat 10 gün əvvəl başlanmışdı. Əməliyyatda iştirak edən xarici güclər bazaya aviaazərbələr endiriblər.