Ağstafada 9 yaşlı uşağı cərəyan vurub


Digərləri 08 İyl 2018 20:26:00 354 0

Ağstafada 9 yaşlı uşağı cərəyan vurub

Ağstafa rayonunun Poylu kəndində uşağı cərəyan vurub.

Son.az "Report"a istinadən bildirir ki, 2009-cu il təvəllüdlü İsmayılova Qənirə Yolçu qızı ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Yuxarı ətrafının ağır dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulan uşaq Bakı şəhərində yerləşən Yanıq Mərkəzinə göndərilib.

Yaxınlarının bildirdiyinə görə, Q.İsmayılova ehtiyatsızlıqdan cərəyan vurması nəticəsində yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.