Qurani Kərimdən qısa və mühüm bir dua nümunəsi


Digərləri 08 İyl 2018 20:15:00 362 0

Qurani Kərimdən qısa və mühüm bir dua nümunəsi

Qurani Kərim Rəbbimizin bizə bir lütfü, hədiyyəsi, rəhmətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur. Çünki İlahi Kitab insan həyatının bütün sahələrini əhatə edir. Ola bilsin indi bunun hamısını görə bilmirik. Amma zaman təcrübəsi bunun həqiqət olduğunu təsdiq edir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bu ilahi maarifdən biri də Quranın insana rəbbi ilə dua ədəbinin, dua mərifətinin öyrətməsidir. Bəli duanın əsas şərtindən biri də dua mərifətinə sahib olmaqdır. Çünki insan özünə və rəbbinə mərifət və agahlıq tapmadıqca qəlb və dil duaya gəlməz. Quranın bizə öyrətdiyi gözəl dualardan biri də "Furqan" surəsinin 74-cü ayəsidir:

رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ "Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı (nuru) olacaq ehsan buyur!" (Rəbbənə həb lənə min əzacinə və zurriyyatinə qurrətə əyun)

Zikr olunan bu ayə möminlərin dilindən zikr olunur. Quran sanki möminlərin niyyətindən, qəlbindən keçənlərdən xəbər verir. Bu ayə öz daxilində etiqad, valideyn məsuliyyəti və bir neçə mühüm mətləbi ehtva edir ki, bu mətləblər ayənin yəfsirində belə izah olunur:

1-Bəndəçilik və əqli idraka sahib olmaq Rəhman olan Allahın bəndələrinin xass sifətlərindəndir.

2- İnsan gərək ailəsi, övladları, gələcək nəsli qarşısında məsuliyyətini və öhdəliklərini dərk etsin. Onların xoş gələcək və son aqibəti barədə düşünüb, müsbət səy etsin... ("Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan...)