Peyğəmbərin İran şahının ölümü haqda verdiyi qeybi xəbər


Digərləri 08 İyl 2018 20:20:00 327 0

Peyğəmbərin İran şahının ölümü haqda verdiyi qeybi xəbər

Son.az islaminsesi.info-ya istinadən bildirir ki,hicri-qəməri tarixi ilə bu gün rəbiul-əvvəlin 14-dür. Rəbiul-əvvəlin 12-17 -i aləmlərə rəhmət olan Məhəmməd Peyğəmbərin mövludu ərəfəsidir.

Məhəmməd Peyğəmbərin missiyası yalnız Ərəbistan Yarımadasına aid deyildi. O öz risalətini və peyğəmbərlik missiyasını bütün dünyaya yaydı. O həzrət hicri ilinin 6-da İran kəsrasına, Rum qeysərinə, Misir və sair məmləkətlərin rəhbərlərinə İslam dini barədə məktub yazdı.

Peyğəmbərin İran şahı, Sasanilərin 24-cüsü İkinci Xosrova (590-628) yazdığı məktub daha çox diqqət çəkir.

O həzrət məktubu İran şahı Xosrov Pərvizə Abdullah bin Huzafət Səhmi ilə göndərdi. O zaman İran dünyanın ən böyük imperiyalarından biri idi.

İbni-Səd Təbəqatul-Kubra əsərində yazır:

"Peyğəmbər Abdullahı İrana göndərdi. Abdullah deyir: Mən məktubu Xosrova təslim etdim. Məktub onun üçün oxudulan kimi onu cırdı.