Ayətullah Behcətin nadir tövsiyələri


Digərləri 08 İyl 2018 19:40:00 289 0

Ayətullah Behcətin nadir tövsiyələri

Ayətullah Behcətin tövsiyələrini ehtiva edən "Be Suye Məhbub" əsərindən iqtibas edilmiş bəzi irfani və dərin məzmunlu nəsihətləri təqdim edir:

1. Bildiyinizə əməl edin, bilmədiyinizdə isə ehtiyatlı davranın. İmkan verin məsələ aydınlaşsın. Əməl etməyən insandan möcüzə  gözləməyin. Mən bilirəm sizlər çoxlu moizələr eşitmisiniz, amma hələ əməl etməmisiniz.

2. Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bəzi insanlara inanırsınız (Bəzi alimlərin müridisiniz). Əsas onların əməllərini  diqqətdə saxlamaqdır. Onlar bir əməli etsə də siz (dərhal korkoranə etməyin) onu ixtiyar üzündən həyata keçirin. Etmədikləri əməlləri  etməyəndə də öz seçiminizlə etməyin.

3. Məlumdur ki, hər gün Quran oxumaq, hər zaman və hər məkanın  dualarını oxumaq, namazların təqibatını demək və qeyriləri , məscidlərə və şərafətli yerlərə çox getmək, alimləri və saleh bəndələri ziyarət etmək, onlarla otur-dur etmək Allahı və Rəsulunu razı salar. Gərək bəsirətimizin arması, ibadətə və tilavətə şövq gündən-günə artsın  və dayanmasın. Qafil insanlarla otur-dur etmək isə qəlbi qaraldar, insanı ibadətlərdən və ziyarətlərdən uzaqlaşdırar. Bilin ki, yaxşı əməllər də ibadətlərdən, tilavətlərdən sonra hasil olmağa başlayar. İmanı zəif olanlarla otur-dur etmək insanın halətini pisləşdirər və onu nöqsana aparar. Ona görə əgər zəruri deyilsə zəif imanlı insanlarla oturmaq sizin yaxşı vərdişlərinizi alar, onların fasid əxlaqını sizə aşılayar.