Gələcək günahlar necə bağışlana bilər? –


Digərləri 08 İyl 2018 19:45:00 267 0

Gələcək günahlar necə bağışlana bilər? –

Qurani Kərim ayələrində və hədislərdə insanın  günahlarının bağışlanması barədə kəlamlara rast gəlirik. Quran tövbə edib, istiğfar dilədiyimiz halda bizə əfv və bağışlanma vəd edir. Həmçinin bu tövbə ilə yanaşı etiyimiz səhvləri düzəltmək də şərtdir. Bütün bu kimi şərtlər olduğu insan bağışlanmağa ləyaqət tapır.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, hədislərdə qeyd olunur ki, həccə gedib Allah evini ziyarət edən, bağışlanma diləyən və insanlardan halallıq alan müsəlmanın keçmiş günahları  Allah Təala tərəfindən bağışlanar. Allah Təala onun keçmiş günahlarını bağışlayar, həmin şəxs yeni doğulmuş körpə kimi pak olar.

Amma bir qism ayə və hədislərdə isə deyilir ki, Mütəal Allah o şəxsin keçmiş və gələcək günahlarını bağışlayar. Gələcək günahların bağışlanması insanı düşündürür, axı bu necə ola bilər?

Qurani-Kərimdə "Fəth" surəsinin ikinci ayəsində mütəal Allah, İslam peyğəmbəri (s)  haqda buyurur:

"Allah (bununla) sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir!"