Göygöldə iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb
Digərləri 08 İyl 2018 19:14:00 276 0
Bu gün Göygöldə iki minik avtomobili toqquşub, xəsarət alanlar var.
Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndindən keçən hissəsində baş verib.
"VAZ 2107" və "VAZ 21015" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Hazırda yaralılar xəstəxanaya aparılır.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az