“Allahın ərşi suyun üzərində idi” ayəsindən məqsəd


Digərləri 08 İyl 2018 19:15:00 314 0

“Allahın ərşi suyun üzərində idi” ayəsindən məqsəd

Ayədə diqqət çəkən mühüm mətləblərdən biri də "ərş" və ərşin su üzərində olması ifadəsidir:"...ərşi suyun üzərində olan halda, altı gündə yaradan Odur."

Qurani Kərim Rəbbimizin bizə bir lütfü, hədiyyəsi, rəhmətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur. Çünki İlahi Kitab insan həyatının bütün sahələrini əhatə edir. Ola bilsin indi bunun hamısını görə bilmirik. Amma zaman təcrübəsi bunun həqiqət olduğunu təsdiq edir. Quran ayələri zamanla və elim inkişaf etdikcə daha da aydınlaşır.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Quranda bir çox üstü örtülü (mütəşabeh) ayələr vardır ki, onların izahı digər ayələr də, peyğəmbər (s) və Əhli-beyt (ə) hədislərində qeyd olunmuşdur. Həmçinin bütün bunlarla yanaşı təcrübi elmlər inkişaf etdikcə və zaman ötdükcə bir çox ayələrə aydınlıq gəlir. Bu kimi ayələdən biri də "Hud" surəsinin 7-ci ayəsidir:

"Sizin hansınızın daha gözəl əməl sahibi olmasını imtahan etmək üçün göyləri və yeri taxtı suyun üzərində olan halda, altı gündə yaradan Odur. Əgər desən ki: Siz öləndən sonra, həqiqətən, dirildiləcəksiniz!, kafir olanlar: Bu, açıq-aşkar sehrdən (yalandan) başqa bir şey deyildir!' - deyə cavab verərlər."

Ayədə diqqət olunmalı bir neçə mətləb vardır ki, "Nur" təfsirində bunlara belə diqqət çəkilir:

1-Dünya insan üçün yaradılmışdır

2-Əgər Allah istəsəydi varlığı bir anda yaradardı. Lakin hikmət ilahi bunun 6 gündə olmasını iradə deib.

3-Göylərin və yerin yaradılışında ilkin mərhələ ya su, yaxud da maye mərhələsidir.

4-Su yerdən və göylərdən qabaq olub.

5-Bütün mövcudatın yaradılışındaki hədəf insanın ixtiyarı və mənəvi təkamülüdür.

6-İnsan üçün mühüm olan əməlin kəmiyyəti deyil, keyfiyyəti önəmlidir.

7- Yer və göy yalnız xeyir işlər üçün yaradılıb.