Goranboyda qadın və iki qızı itkin düşüb FOTO


Digərləri 08 İyl 2018 17:53:00 290 0

Goranboyda qadın və iki qızı itkin düşüb  FOTO

Goranboy rayonunda qadın iki övladı ilə birgə itkin düşüb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə 4 gün öncə Goranboyun Səfikürd kəndində baş verib.

Günorta saatlarında 26 yaşlı Məmmədova Bəsti Kazım qızları - 6 yaşlı Ləman və 4 yaşlı Dəniz Məmmədzadələri də götürərək yaşadığı evdən gedib. Qadının yaxınları və qohumları da onlardan xəbərsiz olduqlarını deyiblər.

Bəsti Məmmədova və azyaşlı qızlarının itkinin düşməsi barədə Goranboy rayon Polis şöbəsinə məlumat verilib.

B.Məmmədova və övladlarını görənlərdən 070-915-94-35, 050-390-84-80, 070-633-59-25 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.


Xəbərə aid fotolar