Juventus Ronaldonun transferini nə vaxt açıqlayacaq?


İdman 08 İyl 2018 16:44:00 332 0

Juventus Ronaldonun transferini nə vaxt açıqlayacaq?

Real Madrid-in hücumçusu Kriştianu Ronaldonun həftə ərzində Juventus-a keçidi gözlənilir.

Goal.az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, iyulun 10-da bu transferin açıqlanacağı bildirilib.

Həmin gün Real-ın idarə heyətinin iclasında prezident Florentino Peres keçidi bəyan edəcək. 34 yaşlı superulduzun meneceri Xorxe Mendesin bu transferdən 20-25 milyon avro qazanacağı ehtimal olunur.

Ronaldonun Turin klubu ilə 4 illik müqavilə bağlaması və ilinə 30 milyon avro qazanması gözlənilir. Bu keçid “kral klubu”nun büdcəsinə 100 milyon avro gəlir gətirəcək.