Putin yığma ilə görüşəcək


İdman 08 İyl 2018 16:20:00 260 0

Putin yığma ilə görüşəcək

Prezident Vladimir Putin Rusiya millisinin baş məşqçsi Stanislav Çerçesov və komandanın futbolçularını DÇ-2018-in birgə müzakirəsinə dəvət edib.

Goal.az-ın xəbərinə görə, bu haqda prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib. O deyib ki, bununla bağlı dəvəti dövlət başçısı özü şəxsən Çerçesovla son telefon danışığı zamanı ona çatdırıb.

Xatırladaq ki, Rusiya millisi 1/4 finalda Xorvatiyaya uduzaraq (2:2, penaltilər seriyasında 3:4) DÇ-2018-lə vidalaşıb. Rusiya prezidenti komandalarının mundialdakı çıxışından razı qalıb.