Premyer Liqa klubu Leipzig-dən futbolçu aldı


İdman 08 İyl 2018 14:50:00 269 0

Premyer Liqa klubu Leipzig-dən futbolçu aldı

İlk mövsümündə İngiltərə Premyer Liqasında qalmağı bacaran Brighton klubu heyətini gücləndirib. Goal.az xəbər verir ki, "qağayılar" Leipzig-in müdafiəçisi Bernardonu transfer edib. Bu barədə İngiltərə təmsilçisinin rəsmi saytı məlumat yayıb. 23 yaşlı braziliyalı futbolçu Brighton-la 4 illik müqaviləyə imza atıb.

Bernardo 2016-cı ildən Leipzig-də çıxış edirdi. O, Bundesliqa təmsilçisinin heyətində 40 oyun keçirib, 1 qola imza atıb.