İngiltərə millisinin üzvü Watford-da


İdman 08 İyl 2018 14:33:00 245 0

İngiltərə millisinin üzvü Watford-da

Watford heyətini yeni futbolçu ilə gücləndirib. Goal.az xəbər verir ki, klub ötən mövsüm Premyer Liqanı tərk edən West Bromwich Albion-danBen Fosteri transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb. Bu, Fosterin Watford-a ikinci gəlişidir. O, 2005-ci ildən 2007-ci ilə qədər məhz bu klubun şərəfini qoruyub. Ben Foster İngiltərə yığmasında da 8 oyun keçirib.