İsveçrə Futbol İttifaqının rəsmisindən maraqlı təklif


İdman 08 İyl 2018 13:53:00 220 0

İsveçrə Futbol İttifaqının rəsmisindən maraqlı təklif

İsveçrə Futbol İttifaqının baş katibi Aleks Mişer maraqlı təkliflər çıxış edib. Goal.az xəbər verir ki, Mişer ikili vətəndaşlığa malik futbolçuların milliyə dəvət almasına qarşı çıxış edib. O, bu ideyanı DÇ-2018-də Qranit Caka və Cerdan Şakiri ilə bağlı yaşanan qalmaqalı nəzərə alaraq verib. Hər iki futbholçu alban mənşəli kosovalıdır. Onlar mundialın oyunları zamanı Albaniyanın gerbində olan qartal simvolunu nümayiş etdirmişdilər.

Ancaq baş katibin ideyası İsveçrədə kəskin tənqid edilib. DÇ-2018-də çıxış edən İsveçrə yığmasının 23 üzvündən ən azı 15 nəfərin ikili vətəndaşlığı olduğu bildirilir.