Diplomatik xidmət orqanlarının əməkdaşları cəbhə bölgəsinə gediblər


Siyasət 08 İyl 2018 12:30:17 234 0

Diplomatik xidmət orqanlarının əməkdaşları cəbhə bölgəsinə gediblər

Onlar 9 İyul peşə bayramlarını səngərdə xidmət edən əsgərlərlə keçirəcəklər

Diplomatik xidmət orqanlarının əməkdaşları 9 İyul peşə bayramlarını səngərdə xidmət edən əsgərlərlə keçirmək üçün Tərtər rayonuna yola düşüblər.

“Report” xəbər verir ki, Xarici İşlər Nazirliyininəməkdaşları qoşunların təmas xəttinə yaxın yerləşən Şıxarx kəndində olub və kənddə məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbə ilə tanış olublar.