Kim Çen In ABŞ dövlət katibini qəbul etmədi


Dünya 08 İyl 2018 11:40:00 263 0

Kim Çen In ABŞ dövlət katibini qəbul etmədi

ABŞ-ın dövlət katibi Mayk Pompeonun Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfəri Şimali Koreya lideri Kim Çen Inla görüşsüz başa çatıb.

Son.az report.az-a istinadən bildirir ki, KXDR rəhbərinin ABŞ rəsmisi ilə görüşü keçirilməyib.

Pompeo KXDR-in Əmək Partiyasının Mərkəzi Komitəsinin sədri Kim Yon Çxolla görüşüb. Görüşlərin sonunda açıqlama verən Pompeo bildirib ki, Kim Çen In əvvəlki kimi Koreya yarımadasının nüvəsizləşdirilməsi tərəfdarıdır.